AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

07.03.2011

2011-ci ilin yanvar ayında ölkənin dövlət və qeyri dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 94 dövlətlə 2,2 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 1,6 milyard dollarını və ya 72,6 faizini Azərbaycandan ixrac olunmuş mallar, 593,0 milyon dollarını (27,4 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 9,8 faiz, o cümlədən idxal 60,5 faiz artmış, ixrac 1,9 faiz azalmışdır. İxracın həcmi idxaldan 2,7 dəfə çox olmuş və yanvar ayı üzrə 979,8 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının çox hissəsi (84,2 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya Federasiyası, Malayziya, Ukrayna, Bolqarıstan, Türkiyə, İsrail, Tailand, Çin və Almaniya dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim