Aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil etmişdir. 2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757,0 min nəfər olmuşdur. 2025-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı 0,2 faiz artmışdır. 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2008,9 milyon manat məbləğində investisiya yönəldilmişdir. 2025-ci ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artmışdır. 2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4126,0 milyon ABŞ dolları təşkil etmişdir. 2025-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkil etmişdir. Cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir.
2011-ci ilin fevral ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
04.03.2011
Fevral ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,5 faiz bahalaşmışdır.
Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2 faiz, bibərin 1,6 faiz, kələmin 0,9 faiz, göyərtilərin 1,6 faiz, balqabağın 12,2 faiz, baş soğanın 1,5 faiz, qırmızı turpun 1,1 faiz, kartofun 8,8 faiz, quru otun qiymətləri 1,1 faiz bahalaşmış, buğdanın qiyməti isə 2,6 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 3,6 faiz, almanın 8,2 faiz, armudun 3,2 faiz, limonun 4,4 faiz, şabalıdın 0,2 faiz, fındığın 5,1 faiz, qozun istehsalçı qiymətləri 11,1 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,2 faiz, camış südünün 2,2 faiz, diri qoyun və keçilərin 1,6 faiz, qoyun südünün 0,3 faiz, yumurtanın qiymətləri 43,0 faiz bahalaşmış, diri ev quşlarının 7,5 faiz, inək südünün 2,7 faiz, qırxılmış yuyulmamış yununun qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 1,1 faiz ucuzlaşma müşahidə olunmuşdur.
İstifadə sayğacı
© 2002-2025. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.