AZ    EN
logo

2010-cu ildə tikinti işlərində qiymətlərin dəyişməsi

14.02.2011

2010-cu ildə tikinti işlərində qiymətlər əvvəlki ilə nisbətən 5,8 faiz artmışdır. İl ərzində yerüstü tikililər bölməsində 6,0 faiz, yol tikintisində isə 2,9 faiz bahalaşma müşahidə edilmişdir. İl ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 3,8 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 12,6 faiz artmışdır. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 3,0 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 6,9 faiz bahalaşmışdır. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi 13,2 faiz, inzibati binaların inşası üzrə qiymətlər isə 7,1 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim