AZ    EN
logo

İstehlak bazarı haqqında

08.02.2011

2011-ci ilin yanvar ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin yanvar ayına nisbətən 8,6 faiz artaraq 1,2 milyard manat olmuşdur. Dövriyyənin 14,3 faizi hüquqi şəxslərin, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 40,3 faizi yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşmışdır. Ay ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 812,9 milyon manatlıq ərzaq məhsulları, 411,2 milyon manatlıq qeyri-ərzaq malları almışlar. Yanvar ayında əhaliyə 411,0 milyon manatlıq və ya 10,3 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 79,0 faizi hüquqi, 21,0 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,3 və 23,2 faiz çox pullu xidmət göstərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim