AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

08.02.2011

2010-cu ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 147 ölkəsindəki tərəfdaşları ilə 27,9 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 21,3 milyard dollarını və ya 76,4 faizini Azərbaycandan ixrac olunmuş mallar, 6,6 milyard dollarını (23,6 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. 2009-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,1 faiz, o cümlədən ixrac 45,1 faiz, idxal 7,8 faiz artmışdır. Hesabat dövründə ixrac idxalı 3,2 dəfə üstələmiş və 14,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının dörddə üç hissəsi İtaliya, Fransa, Rusiya Federasiyası, İsrail, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya, Sinqapur və Almaniya dövlətləri ilə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim