AZ    EN
logo

2011-ci ilin yanvar ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.02.2011

2011-ci ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2010-cu ilin dekabr ayı ilə müqayisədə 0,8 faiz bahalaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,5 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,4 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayla eyni səviyyədə qalmışdır. Ötən ay ərzaq məhsullarından düyünün, manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, pasterizə olunmamış üzlü südün, pendirin, kərə yağının, bitki yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, çuğundurun, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, siqaretlərin qiymətləri bahalaşmışdır. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən buğda ununun, çörək məhsullarının, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, bananın, göyərtinin, kökün qiymətlərində qeydə alınmışdır. Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərdən yerli, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində ucuzlaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim