AZ    EN
logo

Azərbaycanda gənclər

01.02.2011

Ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31,4 faizini təşkil edən gənclər dövlətin qayğısını daim hiss edirlər. Gənclərin 53 faizi şəhər yrelərində, 47 faizi isə kənd yerlərində yaşayır. Gənclərin yarısını qadınlar təşkil edir. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı 12 faiz artmış və bütövlükdə doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya gəlmişdir. Ötən il ölkədə nikaha daxil olanların 75 faizini gənclər təşkil etmiş və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artmışdır. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların isə 23-dür. Boşananlar arasında gənclərin xüsusi çəkisi 23 faiz təşkil edir. Gənclərin sağlam həyat tərzi sürmələri və idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkəmizdə geniş şərait yaradılır, hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir. Ötən il müxtəlif beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 675 medal qazanılmış, onların da 206-sı Olimpiya idman növləri üzrə olan medallardır. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında da böyük uğurla çıxış etmiş və 204 ölkə arasında 11-ci yeri tutmuşlar. Gənclərin təhsil səviyyəsi də ilbəil artır. 2010/2011-ci tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 140 min nəfər olan 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı ilbəil artır. Son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2055-ə çatmış və onlardan 63 faizi Bakı şəhərinin, 37 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır. Ölkənin elmi potensialında da gənclərin müstəsna rolu vardır. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 17,3 faizini gənclər təşkil edir. Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı ildən-ilə azalır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim