AZ    EN
logo

2010-cu ildə Ümumi Daxili Məhsul istehsalı

19.01.2011

2010-cu ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən 5,0 faiz artaraq 41,6 milyard manata çatmışdır. İstehsal sahələrinin ümumi daxili məhsulda xüsusi çəkisi əvvəlki ildəki 62,4 faizdən 65,5 faizədək artmış, xidmət sahələrinin payı isə müvafiq olaraq 29,7 faizdən 27,4 faizədək azalmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir. Yola saldığımız ildə iqtisadiyyatın neft sektorunun 1,8 faizlik artımı fonunda qeyri-neft sektorunda əlavə dəyərin 7,9 faizlik artımı müşahidə olunmuşdur. Bu dövrdə sənayenin qeyri-neft sahələrində əlavə dəyər 5,9 faiz, tikinti kompleksində 20,3 faiz, xidmət sahələrində isə 7,2 faiz artmışdır. 2010-cu il ərzində sənayedə 21,9 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 52,6 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,2 milyard manatlıq (müvafiq olaraq 5,4 faiz), tikintidə 3,1 milyard manatlıq (7,5 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,5 milyard manatlıq (6,0 faiz), informasiya və rabitə xidmətlərində 788,4 milyon manatlıq (1,9 faiz), topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərdə 2,7 milyard manatlıq (6,6 faiz), mehmanxana və iaşə xidmətləri sahəsində 434,5 milyon manatlıq (1,0 faiz), sosial və digər xidmətlər sahəsində isə 4,9 milyard manatlıq (11,9 faiz) əlavə dəyər yaradılmışdır. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 3,7 faiz artaraq 4653,3 manat və ya 5797,8 ABŞ dolları təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim