AZ    EN
logo

2010-cu ilin dekabr ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi

19.01.2011

Dekabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7 faiz bahalaşmışdır. Birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının 0,1 faiz, arpanın 6,1 faiz, kələmin 3,1 faiz, göyərtinin 5,3 faiz, xiyarın 0,4 faiz, qırmızı turpun 2,8 faiz, sarımsağın 0,4 faiz, göy soğanın 0,2 faiz, kartofun 2,2 faiz, quru otun 1,8 faiz, yoncanın istehsalçı qiymətləri 8,5 faiz bahalaşmış, yaşıl paxlalı tərəvəzlərin istehsalçı qiymətləri isə 1,2 faiz ucuzlaşmışdır. Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 1,0 faiz, narın 3,6 faiz, feyxoanın 2,0 faiz, əzgilin 1,9 faiz, naringinin 3,7 faiz, almanın 4,4 faiz, armudun 3,9 faiz, şabalıdın 11,2 faiz, fındığın 12,2 faiz, qozun istehsalçı qiymətləri 3,4 faiz bahalaşmış, limonun 0,4 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşmışdır. Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,7 faiz, inək südünün 0,1 faiz, camış südünün 2,0 faiz, quzunun 0,1 faiz, qoyun südünün 1,5 faiz, qoyun ətinin (diri çəkidə) 1,6 faiz, hind toyuğunun 1,8 faiz, yumurtanın 9,5 faiz, quş ətinin (diri çəkidə) 3,1 faiz, təbii balın qiymətləri 1,1 faiz bahalaşmış, donuz ətinin (diri çəkidə) 6,7 faiz, diri qazların istehsalçı qiymətləri isə 2,7 faiz ucuzlaşmışdır. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətləri 0,2 faiz, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 0,8 faiz bahalaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim