AZ    EN
logo

2010-cu ilin dekabr ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

12.01.2011

Dekabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 97,2 faiz, sərnişindaşıma tarifləri isə 98,2 faiz təşkil etmişdir. Dəmir yolunda yükdaşıma tarifləri yerli əlaqə üzrə 4,6 faiz, digər ölkələrə göndərilmə üzrə 1,8 faiz artmış, digər ölkələrdən gətirilmə üzrə 5,2 faiz, tranzit yüklərin daşınması üzrə 0,1 faiz ucuzlaşmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqədə 4,4 faiz bahalaşmışdır. Dəniz nəqliyyatı vasitəsilə uzaq xaricə və MDB ölkələrinə yükdaşıma tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz aşağı düşmüşdür. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşmış, sərnişindaşımada tarifləri isə 2,0 faiz bahalaşmışdır. Bundan əlavə uzaq xaricə sərnişindaşımada tarifləri 6,6 faiz ucuzlaşmışdır. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,4 faiz ucuzlaşmışdır. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 19,5 faiz, şəhərətrafı və şəhərdaxili yükdaşıma 19,8 faiz, işəmuzd tarif 15,3 faiz azalmış, bir saatlıq işə görə yükdaşıma tarifi isə 0,8 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim