AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

02.12.2010

2010-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 143 ölkəsindəki tərəfdaşları ilə 22,5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 17,4 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,1 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. 2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 36,2 faiz, o cümlədən ixrac 50,2 faiz, idxal 3,6 faiz artmışdır. Hesabat dövründə ixracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 12,3 milyard dollarlıq xarici ticarət saldosu yaranmışdır. İdxal-ixrac əməliyyatlarının 57,2 faizi Avropa, 32,2 faizi Asiya, 9,3 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,2 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 24,8 faizi İtaliya, 7,9 faizi Fransa, 6,7 faizi İsrail, 6,7 faizi Amerika Birləşmiş Ştatları, 6,5 faizi Rusiya Federasiyası, 4,9 faizi Ukrayna, 3,5 faizi İndoneziya, 3,3 faizi Türkiyə, 3,0 faizi Xorvatiya, 3,0 faizi Çin, 2,7 faizi Malayziya, 2,0 faizi Almaniya, hər birində 1,6 faiz olmaqla Gürcüstan, Sinqapur, Koreya Respublikası, qalan 20,2 faizi digər dövlətlərlə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim