AZ    EN
logo

2010-cu ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

12.11.2010

Oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz ucuzlaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,3 faiz azalmış, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 3,9 faiz artmışdır.
Emal sənayesində istehsalçı qiymətləri kağız və karton istehsalı üzrə 7,6 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 2,3 faiz, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 0,8 faiz, rezin və plastmas məmulatların istehsalı üzrə 0,7 faiz, qida məhsullarının istehsalı üzrə 0,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,3 faiz, içkilərin istehsalı üzrə 0,1 faiz bahalaşmış, əczaçılıq məhsullarının istehsalı üzrə 2,1 faiz, toxuculuq sənayesi üzrə 1,6 faiz, geyim istehsalı üzrə 0,9 faiz, metallurgiya sənayesi üzrə 0,7 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə isə 0,3 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim