AZ    EN
logo

2010-cu ilin yanvar-oktyabr aylarında sənayenin inkişafı haqqında

12.11.2010

Ölkə sənayesində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,0 faiz artaraq 22,5 milyard manat təşkil etmişdir. On ayda mühüm sənaye məhsullarından xam neftin hasilatı 1,6 faiz artaraq 42,9 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 4,2 faiz artaraq 14,0 milyard kub-metr olmuşdur. Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı daha çox - 6,1 faiz artmış və həcmi 4,1 milyard manat olmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,8 faizini təşkil etmiş, ümumi istehsalın 93,2 faizi sənaye mallarının (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Sənaye məhsulunun 75,8 faizi mədənçıxarma bölməsində, 19,0 faizi emal bölməsində, 4,6 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim