AZ    EN
logo

İstehlak bazarı haqqında

08.11.2010

2010-cu ilin on ayı ərzində ticarət şəbəkəsindən əhaliyə 10,9 milyard manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 3,7 milyard manatlıq pullu xidmətlər göstərilmişdir. 2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,6 faiz, pullu xidmətlərin həcmi isə 10,6 faiz artmışdır. Realizə olunmuş əmtəələrin 64,7 faizini ərzaq məhsulları, 35,3 faizini qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 7,4 və 12,5 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim