AZ    EN
logo

2010-cu ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

24.09.2010

Avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz bahalaşmışdır. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,6 faiz, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 2,1 faiz azalmışdır. Emal sənayesində istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 17,2 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 3,8 faiz, geyim istehsalı üzrə 2,7 faiz, qida məhsullarının istehsalı üzrə 1,7 faiz, rezin və plastmas məmulatların istehsalı üzrə 1,5 faiz, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 1,3 faiz, içki istehsalı üzrə 1,1 faiz, mebellərin istehsalı üzrə 1,2 faiz, toxuculuq sənayesi üzrə 0,4 faiz, kimya sənayesi və tütün məmulatlarının istehsalı üzrə 0,3 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,2 faiz bahalaşmış, kağız və karton istehsalı üzrə 1,0 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məmulatların daşıyıcılara çoxaldılması üzrə 0,5 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim