AZ    EN
logo

2010-cu ilin yanvar-avqust aylarında sənayenin inkişafı haqqında

16.09.2010

Ölkə sənayesində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,8 faiz artaraq 18,3 milyard manat təşkil etmişdir. Mühüm sənaye məhsullarından xam neftin hasilatı 2,2 faiz artaraq 34,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı 0,9 faiz artaraq 11,3 milyard kub-metr olmuşdur. Səkkiz ayda sənayenin neft sektorunda 2,6 faiz, qeyri-neft bölməsində isə daha çox - 9,8 faiz səviyyəsində artım müşahidə olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,0 faizini təşkil etmiş, ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Məhsulun 76,5 faizi mədənçıxarma bölməsində, 18,2 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim