AZ    EN
logo

2010-cu ilin avqust ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

08.09.2010

2010-cu ilin avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul ayı ilə müqayisədə 0,7 faiz bahalaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2 faiz bahalaşmışdır. Ötən ay ərzaq məhsullarından buğda ununun, çörək məhsullarının, makaron məmulatlarının, mal ətinin, qatığın, brınza pendirinin, yumurtanın, kərə yağının, bitki yağlarının, limonun, bananın, şabalıdın, kələmin, xiyarın, pomidorun, çuğundurun, kökün, kartofun qiymətləri bahalaşmışdır. Eyni zamanda ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur. Məsələn, əlavə toyuq məhsullarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, xamanın, almanın, armudun, qarpız və yemişin, üzümün, badımcanın, soğanın qiymətləri ucuzlaşmışdır. Ay ərzində qeyri-ərzaq mallarından geyim və ayaqqabı qrupları üzrə ucuzlaşma, inşaat malları üzrə isə bahalaşma müşahidə olunmuşdur. Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryol sərnişindaşıma nəqliyyatı üzrə bahalaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim