AZ    EN
logo

2010-cu ilin avqust ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

07.09.2010

Avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri əvvəlki aya nisbətən 6,8 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri 0,4 faiz artmışdır. Dəmir yolunda yükdaşıma tarifləri xarici ölkələrarası gətirilmə üzrə 4,2 faiz, tranzit yüklərin daşınması üzrə 1,0 faiz ucuzlaşmış, yerli əlaqə üzrə 6,9 faiz, digər ölkələrə göndərilmə üzrə 3,9 faiz bahalaşmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqədə 2,6 faiz bahalaşmış, yerli əlaqə üzrə isə heç bir dəyişiklik olmamışdır. Hava nəqliyyatında sərnişindaşıma tarifləri ay ərzində 0,6 faiz artmış, yükdaşıma tariflərində isə heç bir dəyişiklik olmamışdır. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 13,6 faiz ucuzlaşmışdır. Cari ayda mobil telefon rabitəsi və internet tariflərinin müvafiq olaraq 0,1 və 0,5 faiz ucuzlaşması nəticəsində ümumilikdə telekommunikasiya tarifləri 0,1 faiz aşağı düşmüşdür.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim