AZ    EN
logo

2010-cu ilin birinci yarısında "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında

18.08.2010

TRASEKA proqramı çərçivəsində fəaliyyət göstərən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 2010-cu ilin yanvar-iyun aylarında 25,0 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çox yük, 99,9 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınmışdır. Yüklərin 40,0 faizi dəmir yolu, 43,4 faizi avtomobil, 16,6 faizi dəniz nəqliyyatı ilə daşınmış və ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 26,5 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,2 faiz artaraq 7,6 milyon ton təşkil etmiş, daşınmış yüklərin 55,3 faizi dəmir yolu, 44,7 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir. Daşımalardan əldə olunan gəlirlərin həcmi 14,4 faiz çoxalaraq 154,3 milyon manat təşkil etmiş, onun 42,1 faizi dəmir yolu, 22,3 faizi dəniz, 35,6 faizi isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim