AZ    EN
logo

Sosial müavinətlər və təqaüdlər haqqında

16.08.2010

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, cari ilin iyul ayının 1-i vəziyyətinə ölkə üzrə 294,7 min nəfər sosial müavinətlər almışlar. Yaşa görə müavinət alanların sayı 17,7 min nəfər, əlilliyə görə - 93,4 min nəfər, ailə başçısının itirilməsinə görə - 34,3 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58,1 min nəfər təşkil etmişdir. Əmək pensiyasını almaq hüququ olmayan 56,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 489 nəfər zərərcəkənlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 902 nəfər qəyyumlarına, eləcə də 11,1 min ailəyə 22,5 min uşaq üçün müavinət verilmişdir. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları almışlar. Bundan əlavə, 51,1 min nəfərə, o cümlədən 45 min uşağın doğulmasına görə, 4,6 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, penitensiar xidmətdən azad olan 592 nəfərə və həyatını itirmiş 970 nəfərin dəfni üçün birdəfəlik müavinət verilmişdir. Azərbaycan Respublikası qarşısında göstərdiyi xüsusi xidmətlərə görə 33,5 min nəfər təqaüd almışdır. Ölkədə 133 min ailənin 603,3 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış, yardımın 1 nəfərə düşən orta aylıq məbləği 24, 90 manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim