AZ    EN
logo

2010-cu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri

16.08.2010

Cari ilin yanvar-iyul aylarında əhalinin adambaşına gəlirləri 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8,0 faiz artaraq 1527,4 manat və ya 1900,9 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə hər ay adambaşına orta hesabla 218,2 manat (271,6 ABŞ dolları) məbləğində gəlir düşmüşdür ki, bu da 2009-cu ildəkindən 16,2 manat çoxdur. İlin yeddi ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 13,6 milyard manatlıq gəlirin 70,2 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 18,6 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilmişdir. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 12,3 milyard manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim