AZ    EN
logo

2010-cu ilin yanvar-iyul aylarında sənayenin inkişafı haqqında

12.08.2010

Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik sənayedə təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 3,2 faiz artaraq 16,2 milyard manat təşkil etmişdir. Yeddi ayda mühüm sənaye məhsullarından xam neftin hasilatı 29,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı 10 milyard kub-metr olmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil etmiş, ümumi istehsalın 93,4 faizi sənaye mallarının (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Məhsulun 76,8 faizi mədənçıxarma bölməsində, 17,9 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim