AZ    EN
logo

2010-cu ilin iyun ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

13.07.2010

İyun ayında nəqliyyatda yükdaşıma tarifləri əvvəlki aya nisbətən 2,5 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz artmışdır. Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri tranzit yüklərin daşınması üzrə 2,9 faiz, ölkədən kənara yüklərin göndərilməsi üzrə 1,5 faiz artmış, ölkəyə yük gətirilməsi üzrə 5,3 faiz, yerli əlaqə üzrə 4,9 faiz azalması nəticəsində dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri 98,4 faiz təşkil etmişdir. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tariflərinin 6,4 faiz bahalaşması ümumilikdə dəmir yolu nəqliyyatında sərnişindaşıma tariflərinin 5,6 faiz artmasına səbəb olmuşdur. Dəniz nəqliyyatında MDB ölkələrinə yükdaşıma tariflərinin 0,1 faiz artması ilə əlaqədar dəniz nəqliyyatında yükdaşıma tarifləri indeksi 100,1 faiz təşkil etmişdir. Hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB və uzaq xaric ölkələrinə müvafiq olaraq 1,4 və 0,4 faiz artmış, yükdaşıma tariflərində isə MDB ölkələri üzrə 0,1 faiz ucuzlaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim