AZ    EN
logo

2010-cu ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

13.07.2010

İyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,8 faiz ucuzlaşmışdır. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 7,1 faiz azalmış, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 0,9 faiz artmışdır. Emal sənayesində istehsalçı qiymətləri mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 11,9 faiz, kağız və karton istehsalı üzrə 5,6 faiz, rezin və plastmas məmulatların istehsalı üzrə 3,5 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 3,0 faiz, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 2,6 faiz, içki istehsalı üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 0,5 faiz, kimya sənayesi və digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,1 faiz bahalaşmış, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,6 faiz, mebellərin istehsalı və toxuculuq sənayesi üzrə 0,2 faiz, metallurgiya sənayesi üzrə 0,1 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim