AZ    EN
logo

11 iyul Ümumdünya Əhali Günüdür
Azərbaycanda demoqrafik vəziyyət

08.07.2010

2010-cu il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 50 min nəfər artaraq 9047 min nəfərə çatmışdır. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır.
Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşlı gənclər ölkə əhalisinin 31 faizini təşkil edir.
Hesablamalara görə cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır.
2010-cu ilin birinci yarısında Azərbaycanda 76,3 min, gündə təxminən 421 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,3-dən 17,2-dək artmışdır.
Cari ilin yanvar-iyun aylarında ölkədə 32,6 min nikah və 4,2 min boşanma halları qeydə alınmış və 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,3-dən 7,4-ə qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalmışdır.
Birinci nikaha daxil olan kişilərin orta yaş həddi 27, qadınlar arasında 23 yaş olmuşdur.
2010-cu ilin altı ayı ərzində Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfərin gəldiyi və 0,4 min nəfərin ölkədən getdiyi qeydə alınmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim