AZ    EN
logo

"Azərbaycanın nəqliyyatı" statistika məcmuəsi nəşr olunmuşdur

06.07.2010

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu il nəşrlərin buraxılış təqviminə uyğun olaraq "Azərbaycanın nəqliyyatı" statistika məcmuəsi çapdan çıxmışdır. 2009-cu ilin məlumatları da daxil olmaqla burada nəqliyyatın infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün bir sıra dünya ölkələrinin məlumatları verilmişdir. Məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması, sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunan gəlir və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində çalışan işçilərin sayı və əmək haqqı, ayrı-ayrı nəqliyyat növlərinin vəziyyətini xarakterizə edən digər əsas məlumatlar, habelə ölkənin regionları üzrə avtomobil nəqliyyatının işi və yollar haqqında məlumatlar əks olunmuşdur.
Statistik göstəricilər və onların formalaşması haqqında qısa metodoloji izahatlar cədvəllərdən sonra verilmişdir.
Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində hazırlanmış və cədvəllər müvafiq ardıcıllıqla tərtib olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim