AZ    EN
logo

2010-cu ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı

17.06.2010

2010-cu ilin beş ayı ərzində ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 16,5 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 1858,1 manat (2312,8 ABŞ dolları) təşkil etmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz, qeyri-neft sektorunda isə 4,9 faiz artmışdır. Ümumi daxili məhsul istehsalının 58,7 faizi sənayenin, 2,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 7,2 faizi tikintinin, 6,6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatının, 1,1 faizi mehmanxana və iaşə xidmətlərinin, 1,7 faizi informasiya və rabitə xidmətlərinin, 10,5 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,0 faizini təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim