AZ    EN
logo

2010-cu ilin may ayında nəqliyyatda yükdaşıma və sərnişindaşıma tarifləri

07.06.2010

May ayında nəqliyyatda yükdaşıma tarifləri əvvəlki aya nisbətən 1,7 faiz, sərnişindaşıma tarifləri isə 0,8 faiz aşağı düşmüşdür. Dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 2,5 faiz, ölkədən kənara yük göndərilməsi üzrə 0,9 faiz, tranzit yüklərin daşınması üzrə 0,5 faiz aşağı düşmüş, ölkəyə yük gətirilməsi üzrə isə 11,2 faiz artmışdır. Nəticədə dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri 103,3 faiz təşkil etmişdir. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tariflərinin 21,2 faiz bahalaşması ümumilikdə dəmir yolu nəqliyyatında sərnişindaşıma tariflərinin 18,5 faiz artmasına səbəb olmuşdur. Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 5,5 faiz artmışdır. Hava nəqliyyatında sərnişindaşıma və yükdaşıma tariflərində müvafiq olaraq 6,0 və 0,2 faiz ucuzlaşma müşahidə olunmuşdur. Buna səbəb MDB ölkələrinə sərnişindaşıma tariflərinin 8,6 faiz, yükdaşıma tariflərinin isə 1,5 faiz ucuzlaşması olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim