AZ    EN
logo

2010-cu ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.06.2010

2010-cu ilin may ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aprel ayı ilə müqayisədə 99,8 faiz təşkil etmişdir. Ay ərzində ərzaq məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2 faiz bahalaşmışdır. Ötən ayda ərzaq məhsullarından düyünün, buğda ununun, manna yarmasının, makaronların, qoyun və toyuq ətinin, pasterizə olunmamış üzlü südün, xamanın, əridilmiş və brınza pendirlərinin, yumurtanın, təzə və dondurulmuş balığın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, pomidorun, xiyarın, badımcanın, çuğundurun, kökün, sarımsağın, soğanın qiymətləri ucuzlaşmış, kolbasa məmulatlarının, mal ətinin, sterizə olunmuş üzlü südün, kərə yağının, süfrə marqarininin, şəkərin və şəkər tozunun, limonun, almanın, armudun, portağalın, naringinin, fındığın, şabalıdın qiymətləri isə bahalaşmışdır. Havaların istiləşməsi ilə əlaqədar olaraq ay ərzində kişi və qadınlar üçün qış geyimlərinin qiymətləri ucuzlaşmış, yay geyimlərinin qiymətləri isə bahalaşmışdır. İnşaat mallarından boyaların, parket üçün lakın, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, parket və laminat parketin, kərpicin, sementin, metal kirəmitin qiymətləri bahalaşmış, divar kağızlarının, ağac yonqar və lifli lövhələrin, qumun, divar kağızı üçün yapışqanın qiymətləri isə ucuzlaşmışdır. Bundan əlavə ay ərzində mebel və məişət avadanlıqlarının qiymətlərində də bahalaşma müşahidə olunmuşdur. May ayında əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara hava sərnişindaşıma nəqliyyatı üzrə tariflər aşağı düşmüşdür.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim