AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

31.05.2010

2010-cu ilin yanvar-aprel aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 118 ölkəsindəki tərəfdaşları ilə 8,0 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 6,2 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 1,8 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 4,4 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2009-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,3 faiz, o cümlədən ixrac 1,8 dəfə artmış, idxal 5,3 faiz azalmışdır. İdxal-ixrac əməliyyatlarının 57,6 faizi Avropa, 35,8 faizi Asiya, 5,4 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 27,5 faizi İtaliya, 7,5 faizi İsrail, 7,2 faizi Fransa, 6,3 faizi Rusiya Federasiyası, 5,1 faizi Ukrayna, 4,8 faizi İndoneziya, 4,5 faizi Çin, 3,9 faizi Malayziya, 3,5 faizi Amerika Birləşmiş Ştatları, 3,0 faizi Türkiyə, 2,9 faizi Xorvatiya, 2,5 faizi Qazaxıstan, 2,0 faizi Hindistan, 1,8 faizi Gürcüstan, 1,7 faizi Almaniya, qalan 15,8 faizi digər dövlətlərlə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim