AZ    EN
logo

2010-cu ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı

20.05.2010

2010-cu ilin dörd ayı ərzində ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz artaraq 13,0 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 1460,0 manat (1817,5 ABŞ dolları) təşkil etmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz, qeyri-neft sektorunda isə 5,0 faiz artmışdır. Ümumi daxili məhsul istehsalının 59,2 faizi sənayenin, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 7,1 faizi tikintinin, 6,6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatının, 1,1 faizi mehmanxana və iaşə xidmətlərinin, 1,7 faizi informasiya və rabitə xidmətlərinin, 9,4 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşmüşdür.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim