AZ    EN
logo

2010-cu ilin birinci rübündə "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında

19.05.2010

Cari ilin birinci rübündə "İpək yolu" dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 12,2 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çox yük, 50,5 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınmışdır. Yüklərin 39,2 faizi dəmir yolu, 44,4 faizi avtomobil, 16,4 faizi dəniz nəqliyyatı ilə daşınmış və ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 28,2 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz artaraq 3,6 milyon ton təşkil etmiş, daşınmış yüklərin 55,0 faizi dəmir yolu, 45,0 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir. Daşımalardan əldə olunan gəlirlərin həcmi 15,6 faiz çoxalaraq 75,2 milyon manat təşkil etmiş, onun 41,7 faizi dəmir yolu, 21,9 faizi dəniz, 36,4 faizi isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim