AZ    EN
logo

Əmək pensiyaları, sosial müavinətlər və təqaüdlər haqqında

17.05.2010

2010-cu il aprel ayının 1-i vəziyyətinə qeydiyyatda olan 1301,7 min nəfər pensiyaçının 65 faizi yaşa görə, 24 faizi əlilliyə görə, 11 faizi ailə başçısının itirilməsinə görə pensiya alır. Pensiyaçıların ümumi sayından 0,5 faizini cari ilin birinci rübü ərzində ilk dəfə qeydiyyata alınaraq pensiya təyin olunmuş şəxslər təşkil edir.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 101,02 manat olmuş və orta aylıq əmək haqqının 33 faizini təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, cari ilin birinci rübündə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 411 milyon manat yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 10,4 milyon manat və ya 2,6 faiz çoxdur. Vəsaitin 400,4 milyon manatını əhaliyə ödənilən pensiya, 10,6 milyon manatını isə müavinət xərcləri təşkil etmişdir.
Müavinətlərin 4 milyon manatı hamiləliyə və doğuma görə, 3 milyon manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 2,1 milyon manatı dəfn üçün, 1,5 milyon manatı isə digər ödəmələrin payına düşür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, cari ilin birinci rübündə 294 min nəfərə sosial müavinətlər təyin olunmuşdur. Yaşa görə müavinət alanların sayı 17,7 min nəfər, əlilliyə görə - 92,9 min nəfər, ailə başçısının itirilməsinə görə - 33,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58 min nəfər təşkil etmişdir.
Əmək pensiyasını almaq hüququ olmayan 56,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 952 nəfər qəyyumlarına, eləcə də 11,4 min ailəyə 22,1 min uşaq üçün müavinət verilmişdir. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları almışlar. Bundan əlavə, 28 min nəfərə, o cümlədən 24,5 min nəfərə uşağın doğulmasına görə, 2,8 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, penitensiar xidmətdən azad olan
175 nəfərə və həyatını itirmiş 543 nəfərin dəfni üçün birdəfəlik müavinət verilmişdir.
2010-cu ilin birinci rübündə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 33,2 min nəfər təqaüd almışdır.
Cari il aprel ayının 1-i vəziyyətinə ölkədə 165,7 min ailənin 757,1 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış, yardımın 1 nəfərə düşən orta aylıq məbləği 25,09 manat təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim