AZ    EN
logo

2010-cu ilin birinci rübündə nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə

11.05.2010

Cari ilin birinci rübündə nəqliyyat və poçt müəssisələrində çalışan muzdlu işçilərin sayı 73,7 min nəfər təşkil etmişdir. Onların 82,2 faizi dövlət müəssisələrində, 17,8 faizi özəl bölmədə çalışır. İşçilərin 55,0 faizi yerüstü və boru kəməri, 13,0 faizi su, 13,3 faizi hava nəqliyyatı, 11,8 faizi köməkçi və əlavə nəqliyyat, 6,9 faizi isə poçt fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.
2010-cu ilin yanvar-mart aylarında nəqliyyatçıların orta aylıq əmək haqqı 353,1 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 665,3 manat, dəniz nəqliyyatında 521,6 manat, avtomobil nəqliyyatında 347,4 manat, dəmir yolu nəqliyyatında isə 185,9 manat təşkil etmişdir. Əmək haqqının artımı dəniz nəqliyyatında 4,5 faiz, hava nəqliyyatında 12,7 faiz olmuşdur.
Telekommunikasiya müəssisələrində işləyənlərin sayı 24,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 2,6 faiz artaraq 491,8 manat olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim