AZ    EN
logo

2010-cu ilin I rübündə tikinti işlərində qiymətlərin dəyişməsi

11.05.2010

2010-cu ilin I rübündə tikinti işlərində qiymətlər 2009-ci ilin IV rübünə nisbətən 0,9 faiz artmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 1,4 faiz bahalaşma, yol tikinisində isə 3,5 faiz ucuzlaşma müşahidə edilmişdir. Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,1 faiz azalmış, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 8,8 faiz artmışdır. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,8 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 1,0 faiz ucuzlaşmışdır. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 7,4 faiz, inzibati binaların inşası üzrə isə 0,2 faiz artmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim