AZ    EN
logo

2010-cu ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

11.05.2010

Aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,5 faiz ucuzlaşmışdır. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,5 faiz, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 1,9 faiz azalmışdır. Emal sənayesində istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 14,6 faiz, kağız və karton istehsalı üzrə 9,7 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 6,6 faiz, mebellərin istehsalı üzrə 6,4 faiz, rezin və plastmas məmulatların istehsalı üzrə 5,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,3 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,7 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,1 faiz bahalaşmış, toxuculuq sənayesi üzrə 11,2 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması üzrə 5,2 faiz, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 3,6 faiz, içki istehsalı üzrə 1,1 faiz, kimya sənayesi üzrə 0,9 faiz, metallurgiya sənayesi üzrə 0,3 faiz, qida məhsullarının istehsalı üzrə isə qiymətlər 0,2 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim