AZ    EN
logo

2010-cu ilin aprel ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi

11.05.2010

Aprel ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşmışdır. Ay ərzində diri mal-qara və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,3 faiz, bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri isə 0,5 faiz bahalaşmışdır. Bitkiçilik, bostan və bağçılıq məhsullarından dənli bitkilərin istehsalçı qiymətləri 2,0 faiz, turuncu meyvələrin 1,3 faiz, kökümeyvəli və köküyumruluların 0,8 faiz, zeytun və qoz-fındığın 0,7 faiz, kartofun 0,3 faiz bahalaşmış, tərəvəz məhsullarının 0,2 faiz, sitrus meyvələrinin 0,3 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri isə 2,5 faiz ucuzlaşmışdır. Diri mal-qara və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 28,7 faiz, diri iribuynuzlu qaramalın 2,9 faiz, diri qoyunların 1,9 faiz bahalaşmış, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, iribuynuzlu qaramaldan alınan südün 3,2 faiz, quş ətinin (diri çəkidə) 2,7 faiz, yumurtanın 0,2 faiz, diri quşların qiymətləri isə 29,1 faiz ucuzlaşmışdır. Balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 0,5 faiz bahalaşma müşahidə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim