AZ    EN
logo

2010-cu ilin mart ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

21.04.2010

2010-cu ilin mart ayında əvvəlki ayla müqayisədə ərzaq məhsullarının qiymətlərinin 2,4 faiz bahalaşması nəticəsində istehlak mallarının qiymətləri 1,3 faiz bahalaşmışdır. Ay ərzində qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,3 faiz ucuzlaşmışdır. Ötən ayda ərzaq məhsullarından buğda ununun qiyməti 0,3 faiz, qarabaşaq yarmasının 0,2 faiz, makaron və vermişelin 0,2 faiz, kərə yağının 1,8 faiz, qoyun ətinin 0,2 faiz, kələmin 16,3 faiz, soğanın 17,8 faiz, kartofun qiyməti 7,3 faiz bahalaşmış, mal ətinin qiyməti 0,1 faiz, yumurtanın 0,9 faiz, dondurulmuş balığın qiyməti isə 0,3 faiz ucuzlaşmışdır. Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq ay ərzində kişi və qadınlar üçün qış geyimlərinin qiymətləri ucuzlaşmışdır. Geyim qrupu mallarının qiymətlərində 0,4 faiz, inşaat mallarından kəsilmiş taxtaların 0,1 faiz, ağac yonqar lövhələrin 0,4 faiz, ağac-lifli lövhələrin 0,3 faiz, sementin 0,8 faiz, metal kirəmitin 0,2 faiz, qumun 0,2 faiz və məişət mallarının qiymətlərində 0,1 faiz ucuzlaşma müşahidə olunmuşdur. Ucuzlaşma ilə yanaşı ay ərzində qadın üçün yay ev xalatının qiyməti 0,1 faiz, yay yubkasının 0,2 faiz, yay şalvarının 0,1 faiz, inşaat mallarından nitro boyanın qiyməti 0,2 faiz, yağlı boyanın 0,5 faiz, sulu boyanın 0,6 faiz, parket üçün lakın 0,9 faiz, pəncərə şüşəsinin 0,4 faiz, parketin 0,2 faiz, kərpicin qiyməti 0,4 faiz bahalaşmışdır. Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryol sərnişindaşıma nəqliyyatında qiymət və tariflər ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim