AZ    EN
logo

2010-cu ilin mart ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi

21.04.2010

Mart ayında bitkiçilik, bostan və bağçılıq həmçinin diri mal-qara və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 2,1 faiz bahalaşması nəticəsində ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 102,1 faiz təşkil etmişdir. Bitkiçilik, bostan və bağçılıq məhsullarından kartofun istehsalçı qiymətləri 5,3 faiz, sitrus meyvələrinin, kökümeyvəli və köküyumruluların 0,8 faiz, turuncu meyvələrin 2,7 faiz, zeytun və qoz-fındığın 1,9 faiz, subtropik meyvələrin 0,5 faiz, dənli bitkilərin 1,1 faiz, tərəvəz məhsullarının 0,3 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri 6,4 faiz bahalaşmışdır. Diri mal-qara və heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiymətləri 19,7 faiz, mal ətinin (diri çəkidə) 6,8 faiz, quş ətinin (diri çəkidə) 5,2 faiz, təbii balın 4,7 faiz bahalaşmış, iribuynuzlu qaramaldan alınan südün 0,1 faiz, qoyun ətinin (diri çəkidə) 0,2 faiz, diri iribuynuzlu qaramalın 0,9 faiz, diri qoyunların qiymətləri isə 3,0 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim