AZ    EN
logo

2010-cu ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi

21.04.2010

Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz bahalaşmışdır. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,4 faiz artmış, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə qiymətlər 0,4 faiz azalmışdır. Emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması üzrə 3,9 faiz, qida məhsullarının istehsalı üzrə 2,2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, metallurgiya sənayesi və tütün məmulatlarının istehsalı üzrə 0,5 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,1 faiz bahalaşmış, kağız və karton istehsalı üzrə 21,1 faiz, toxuculuq sənayesi üzrə 11,4 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,2 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı üzrə 6,3 faiz, mebellərin istehsalı üzrə 2,1 faiz, rezin və plastmas məmulatların istehsalı üzrə 0,4 faiz, içki istehsalı, kimya sənayesi və geyim istehsalı sahələrinin hər biri üzrə qiymətlər 0,3 faiz ucuzlaşmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim