AZ    EN
logo

Tikinti haqqında

15.04.2010

Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı tikinti kompleksi də inkişaf edir. 2010-cu ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 1636,8 milyon manat və ya əvvəlki ildəkindən 4,9 faiz çox investisiya yönəldilmiş və onun 1143,1 milyon manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 75,2 faizini daxili investisiyalar təşkil etmişdir. Sərf edilmiş sərmayələrin 50,3 faizi məhsul istehsalı, 49,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Rüb ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Naxçıvan şəhərində Avtomobil zavodu, Qəbələ rayonunda "Gilan" Piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, Avtovağzal binası, "Qafqaz Resort" mehmanxanası və "Fitnes" Sağlamlıq Mərkəzi, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Bakı şəhərində "Dalğa Plaza" İş Mərkəzi, Ağdaş və Göyçay rayonlarında Olimpiya İdman kompleksləri, ümumi sahəsi 215,3 min kvadrat metr olan yeni yaşayış evləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 51,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 35,9 faizini büdcə vəsaiti, 2,4 faizini əhalinin xüsusi vəsaiti və 9,9 faizini digər vəsaitlər təşkil etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim