AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

15.04.2010

2010-cu ilin yanvar-fevral aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 105 ölkəsindəki tərəfdaşları ilə 3920,3 milyon ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 3216,6 milyon dollarını Azərbaycandan ixrac olunmuş mallar, 703,7 milyon dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 2512,9 milyon dollarlıq müsbət saldo yaranmışdır. 2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 1,6 dəfə, o cümlədən ixrac 2,2 dəfə artmış, idxal 23,8 faiz azalmışdır. İdxal-ixrac əməliyyatlarının 58,2 faizi Avropa, 32,0 faizi Asiya, 8,6 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 32,2 faizi İtaliya, 7,0 faizi İndoneziya, 6,3 faizi İsrail, 6,1 faizi Fransa, 5,8 faizi Rusiya Federasiyası, 5,7 faizi Amerika Birləşmiş Ştatları, 5,0 faizi Ukrayna, 3,8 faizi Qazaxıstan, 2,4 faizi Türkiyə, 2,3 faizi Xorvatiya, 2,2 faizi Hindistan, 2,1 faizi Kanada, 1,9 faizi Yunanıstan, 1,8 faizi Tayvan (Çinin əyaləti), 1,7 faizi Gürcüstan, qalan 13,7 faizi digər dövlətlərlə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim