AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

03.03.2010

2010-cu ilin yanvar ayında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 99 ölkəsindəki tərəfdaşları ilə 1791,9 milyon ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 1428,1 milyon dollarını Azərbaycandan ixrac olunmuş mallar, 363,8 milyon dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 1064,3 milyon dollarlıq müsbət saldo yaranmışdır. 2009-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,1 faiz, o cümlədən ixrac 2,1 dəfə artmış, idxal 29,4 faiz azalmışdır. İxrac-idxal əməliyyatlarının 58,8 faizi Avropa, 30,9 faizi Asiya, 9,7 faizi Amerika, 0,4 faizi Afrika qitəsi ölkələrinin, 0,2 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 34,4 faizi İtaliya, 7,8 faizi Fransa, 7,7 faizi İndoneziya, 6,7 faizi Rusiya Federasiyası, 4,7 faizi İsrail, 4,6 faizi Amerika Birləşmiş Ştatları, 4,4 faizi Kanada, 4,0 faizi Ukrayna, 4,0 faizi Tayvan (Çinin əyaləti), 3,1 faizi Tailand, 2,6 faizi Türkiyə, 1,9 faizi Almaniya, qalan 14,1 faizi digər dövlətlərlə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim