AZ    EN
logo

2010-cu ilin yanvar ayında sənayenin inkişafı haqqında

22.02.2010

İqtisadiyyatın sənaye sahəsində təsərrüfat subyektləri tərəfindən 2,5 milyard manatlıq, yaxud 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. İlk ayda bir çox sənaye məhsullarının istehsalı artmış, o cümlədən əsas sənaye məhsulları olan xam neftin hasilatı 17,6 faiz artaraq 4,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 1,5 milyard kub metr olmuşdur. Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 93,5 faizi sənaye mallarının (əmtəələrin), 6,5 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma bölməsində, 17,8 faizi emal bölməsində, 5,9 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı bölməsində, 0,4 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim