AZ    EN
logo

2009-cu ildə "İpək yolu"nda nəqliyyatın fəaliyyəti haqqında

18.02.2010

2009-cu ildə "İpək yolu" dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 47,4 milyon ton yük, 206,7 milyon sərnişin daşınmışdır. Yüklərin 40,6 faizi dəmir yolu, 42,5 faizi avtomobil, 16,9 faizi dəniz nəqliyyatı ilə daşınmış və ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 25,0 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi əvvəlki illə müqayisədə 12,4 faiz artaraq 13,2 milyon ton təşkil etmiş, daşınmış yüklərin 48,6 faizi dəmir yolu, 51,4 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir. 2009-cu ildə daşımalardan 278,1 milyon manat gəlir əldə edilmiş, gəlirlərin 42,2 faizi dəmir yolu, 23,2 faizi dəniz, 34,5 faizi isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim