AZ    EN
logo

İstehlak bazarı haqqında

09.02.2010

2010-cu ilin yanvar ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ilin yanvar ayına nisbətən 8,4 faiz artaraq 1,0 milyard manat olmuşdur. Dövriyyənin 15,0 faizi hüquqi şəxslərin, 43,5 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 41,5 faizi isə yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşmışdır. Ticarət şəbəkələrindən əhaliyə 668,8 milyon manatlıq ərzaq, 347,6 milyon manatlıq qeyri-ərzaq malları satılmış, 2009-cu ilin yanvar ayı ilə müqayisədə onların satışı müvafiq olaraq 8,8 və 7,6 faiz artmışdır. Ay ərzində əhaliyə 374,5 milyon manatlıq və ya 10,6 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin ümumi həcminin 81,2 faizi hüquqi, 18,8 faizi fiziki şəxslərin payına düşmüş və ötən ilin yanvar ayı illə müqayisədə onların həcmi müvafiq olaraq 10,3 və 11,9 faiz çox olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim