AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

09.02.2010

2009-cu ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 137 ölkəsindəki tərəfdaşları ilə 20,8 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 14,7 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 6,1 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 8,6 milyard dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 53,3 faizi Avropa, 32,1 faizi Asiya, 13,5 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 18,8 faizi İtaliya, 9,7 faizi Amerika Birləşmiş Ştatları, 8,7 faizi Rusiya Federasiyası, 7,1 faizi Fransa, 6,3 faizi İsrail, 4,9 faizi Türkiyə, 3,3 faizi Ukrayna, 3,3 faizi Tayvan (Çinin əyaləti), 3,2 faizi İndoneziya, 3,1 faizi Almaniya, 3,0 faizi Çin, 2,9 faizi Kanada, 2,3 faizi Böyük Britaniya, 2,2 faizi Gürcüstan, 2,1 faizi Malayziya, 1,6 faizi İspaniya, qalan 17,5 faizi digər dövlətlərlə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim