AZ    EN
logo

Kvota üzrə balıq ovu

21.01.2010

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 „–-li qərarı ilə təsdiq edilmiş balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq 2009-ci ilin nəticəsi üzrə 65 hüquqi və fiziki şəxs tərəfindən balıq ovuna verilmiş 2670 ton kvotaya qarşı 1202 ton balıq ovlanmışdır. Ovlanmış balığın 18 tonu şamayı, 40 tonu kefal, 41 tonu kütüm, 79 tonu siyənək, 72 tonu çapaq, 27 tonu xul balığı, 39 tonu külmə, 839 tonu kilkə balıqlarının, 47 tonu isə xəşəm, dabanbalığı, çəki, qarasol, sıf və digər balıq növlərinin payına düşür. Verilmiş kvota üzrə ödənilmiş məbləğin həcmi 17 min manat olmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim