AZ    EN
logo

Azərbaycan Respublikasının 9 milyonuncu vətəndaşı haqqında

15.01.2010

15 yanvar 2010-cu il tarixində, saat 05:10-da Azərbaycanın 9 milyonuncu vətəndaşı Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər doğum mərkəzində dünyaya gəlmişdir. Doğulan uşağın cinsi oğlan, çəkisi 2,9 kq, boyu 49 sm-dir.

Uşağın atası: Əhmədov İlkin İslam oğlu, milliyyəti - azərbaycanlı, məşğulluğu - Bakı şəhəri, Nizami rayon polis idarəsi, 25 saylı polis bölməsində - əməliyyat müvəkkili, polis kapitanı.
Uşağın anası: Əhmədova Aynur Teymur qızı, milliyyəti - azərbaycanlı, məşğulluğu -Avrasiya universitetinin 5-ci kurs tələbəsi.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim