AZ    EN
logo

İdxal - ixrac əməliyyatları haqqında

07.01.2010

2009-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda dünyanın 137 ölkəsi ilə 18,6 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparılmışdır. Xarici ticarət dövriyyəsinin 13,2 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,4 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 7,8 milyard dollarlıq müsbət saldo yaranmışdır. İxrac-idxal əməliyyatlarının 53,3 faizi Avropa, 31,9 faizi Asiya, 13,5 faizi Amerika, 1,2 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 19,1 faizi İtaliya, 9,8 faizi Amerika Birləşmiş Ştatları, 8,9 faizi Rusiya Federasiyası, 6,5 faizi Fransa, 5,8 faizi İsrail, 4,8 faizi Türkiyə, 3,7 faizi Tayvan (Çinin əyaləti), 3,2 faizi Ukrayna, 3,2 faizi Almaniya, 2,9 faizi Çin, 2,8 faizi Kanada, 2,7 faizi İndoneziya, 2,4 faizi Böyük Britaniya, 2,3 faizi Malayziya, 2,2 faizi Gürcüstan, qalan 19,7 faizi digər dövlətlərlə aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim